Ələmdar Quluzadə. Gülər
Mağazaya gəldi Gülər:
- Əmi, mənə çörək ver.
Bir də dəftər.
- Buyur, qızım.
- Bəs saqqızım?
- Saqqız üçün
Pul qalmadı.
- Əmi, deyən düz olmadı
Qoy çörək də burda qalsın,
qoy dəftər də burda qalsın.
İndi elə hesabla ki,
Saqqız üçün xırda qalsın.
29.06.2021