Teymur Elçin. Fildən böyük
Neçə fili
Xortumuna ala bilər.
Mürgüləsə,
Göydən yerə sala bilər.
Ağıllıdır,
Kömək edir
Bənnalara.
Boyu çatır
Uca-uca binalar
Çox işləkdir
Fillər təki.
Yükləyirsən,
Bilmir çəki,
Qaldırır tez.
Fildən böyük
Pəhləvandır;
Nə insandır,
Nə heyvandır!
O, qaldırıcı krandır.
24.06.2021