Ələmdar Quluzadə. Atamdan yaxşı bilir
Bir məktəbə bağlanıb
Atamgilin həyatı
Anam dili öyrədir,
Atam riyaziyyatı.
Atam haçan məktəbdən
Aylıq maaşı alır,
Anam bilir atamın
Ciblərində nə qalır.
Əlüstü hesablayır
Gələn, gedən manatı.
Atamdan yaxşı bilir
Anam riyaziyyatı.
08.06.2021