Nəbi Xəzri. Ağ şanı
Əsir sərin küləklər,
Yarpağına toxunur.
Səhər sənin üstünə
İnci kimi şeh qonur.
Gör necə parlayırsan
Sən babamın bağında.
Qızıl telli şəfəqlər
Oynayır yanağında.
Birdən salxım dil açdı,
Söylədi: - Ağ şanıyam!
Mən Bakı bağlarının
Şöhrətiyəm, şanıyam!
Uca göylərdən təmiz,
Sulardan duruyam mən.
Torpağın öz şirəsi,
Günəşin nuruyam mən.