Tofiq Mahmud. Qızımın sualları
- Necə olur ki, hər gün
Səhər-səhər çıxır gün.
O qədər işıq salır,
İşığı hardan alır?
Bəs necə dolu-dolu
Yağır yağış, qar, dolu?
Niyə duman ağ olur,
Ay bəzən oraq olur?
Göylərdə nə partlayır,
Şişək necə parlayır?
Hardan axıb gəlir çay,
Harda, necə bitir çay?
Hamı yatanda gecə
Nəhəng fil yatır necə?
Necə yatır, şir, bəbir,
Mənə söylə birbəbir.
Qanad açıb uçduqca
Qızımın xəyalları,
Danışır, hey danışır,
Tükənmir sualları.
01.06.2021