D.İ.Xarms. 17 at
Kəndimizdə bir yaşlı kişi öldü və oğullarına bu vəsiyyəti qoydu:
Mirasımın 1/2 hissəsini böyük oğluma,
1/3 hissəsini ortancıl oğluma,
1/9 hissəsini isə kiçik oğluma bağışlayıram.
Kişinin ölümündən sonra yalnız 17 atı qaldı, başqa bir şeyi yox idi.
17 atı oğulları öz aralarında bölməyə başladılar.
“Mən, - böyük qardaş dedi, - bütün atların 1/2 hissəsini götürürəm. Yəni 17: 2 edir 8, yəni 1/2".
- “8 at, 1/2 hissəni necə götürəcəksən?- ortancıl qardaş soruşdu. - Atı tikələrə böləcəksən?
“Düz deyirsən” - deyə böyük qardaş onunla razılaşdı, - ancaq siz də payınızı götürə bilməyəcəksiz. Axı 17 2, 3 və ya 9-a bölünmür! "
- "Bəs necə etmək lazımdır?"
- "İndi sizə deyəcəm nə etmək lazımdır, - kiçik qardaş dedi, - çox ağıllı bir adam tanıyıram, adı İvan Petroviç Rassudilovdur. O, bizə kömək edə biləcək."
"Yaxşı, onu çağır" deyə digər iki qardaş razılaşdı.
Kiçik qardaş harasa getdi və tezliklə at belində qısa siqar çəkən bir adamla geri döndü. "Tanış olun" - kiçik qardaş dedi, - "Bu İvan Petroviç Rassudilovdur."
Qardaşlar Rassudilova dərdlərini başa saldılar. O, onları dinlədi və dedi: "Mənim atımı götürün, onda 18 atınız olacaq və sakitcə bölüşün." Qardaşlar 18 atı paylaşmağa başladılar.
Böyük qardaş 1/2 - 9 at götürdü,
Ortancıl 1/3 - 6 at götürdü,
Kiçik qardaş isə 1/9 - 2 at götürdü.
Qardaşlar atlarını bir yerə topladılar və saydılar, nəticədə 9 + 6 + 2 etdi 17. İvan Petroviç isə 18-ci, yəni öz atına minib siqarını yandırdı.
"İndi necə, razı qaldız?"- İvan Petroviç təəcüblə baxan qardaşlardan soruşdu və yoluna davam etdi.
31.05.2021