Dolamalar
Ay Zərbəli, Zərbəli,
İti boşla, gəl bəri.
Ay Dursun, Dursun, Dursun
Öküzüm səni vursun.
Ay Xəlil, Xəlil,
Bağlardan gəlir,
Quş vuran yerdə,
Olasan zəlil.
Ay Asiya, Asiya,
Qaşığı saldı kasıya,
İstədim mən vermədi,
Satdı bir abbasıya.
Ay Əli Murquz,
Gəl məni durquz,
Yoxsa küsərəm,
Qalarsan yalquz.
Ay Roza, Roza,
Mindi xoruza,
Getdi Tiflisə,
Gəlmədi bizə.
Tağı-Tağı,
İtirib bağı,
Hey axtarır,
Yağ çırağı.
Ay Fatma, Fatma, Fatma
Yerində şıllaq atma,
İki xoruz, bir fərə
Fatmanı verdim ərə.
Ay Ramazan,
Başı qazan,
Oxloy atar,
Qarnı batar.
Şəlabanı,
Şəlabanı.
İki əli,
Bir dabanı.
Gəlirdi Səfi,
Əlində dəfi,
Səfi yıxıldı,
Dəfi cırıldı,
Ağlama Səfi,
Alaram dəfi.
Fatma, Tükəzban,
Qarışdı hər yan,
Kişnədi göylər,
Dağıldı evlər.
Fatma, Tükəzban,
Zibeydə bir can.
Tükəzban deyər,
Fatma hey yeyər.
Fatma, Zibeydə
İkisi bir boyda
Fatma dalaşdı
Zibeydə qaçdı.
Barıdan aşdı.
Çarxa dolaşdı,
Təndirə düşdü.
06.05.2021