Allahşükür Ağa. Ağ çiçəklər
Sahil durub gördü ki,
Ağaclar ağappaqdı.
İnanmadı gözünə
Dayanıb baxdı, baxdı.
Oyatdı uşaqları
Quşlar qaçdı səsindən.
Bağçalara, bağlara,
Qış gəlibdi təzədən.
Sahilin hay-küyünə,
Gəldi qardaş-bacılar.
Gördülər ki, qar deyil,
Çiçəkləyib ağaclar.
05.05.2021