İbrətamiz nağıl. Sandığın içindəki oyuncaqlar
Saat gecə yarısını görsədən kimi nənənin sandığının qapağı yüngülcə açıldı və içindəki oyuncaqlar çölə çıxdı. Ətrafa baxdılar və bütün uşaqların möhkəm yuxuda olduqlarına əmin oldular.
- Mən rəqs edəcəm, - gəlincik dedi.
- Mən isə iri addımlarla addımlayacam, - oyuncaq əsgər dedi.
- Biz isə yarış quracağıq, - maşınlar çığırışdılar.
Və hər kəs öz sevimli işini etməyə başladı. Dinozavrlar kimin daha uca səs çıxaracağını bilmək üçün yarış qurdular, kitablar tez və sürətlə vərəqləndi, oyuncaq yulalar isə xalçanın üstündə şən fırlanırdılar. Oyuncaqlar tozlu sandıqdan çıxdıqlarına və istədiklərini edə bildiklərinə görə çox sevinirdilər. Ancaq əyləncə birdən kəsildi. Oyuncaq ayı birdən qışqırdı:
"Bizi fərq etdilər! Tez gizlənin!"
Oyuncaqlar sandığa tərəf qaçdılar, ancaq arxadan sakit bir səs eşidildi.
“Məndən qorxmayın!"
Oyuncaqların hamısı dayanıb səsə tərəf döndülər. Bu - yatan uşaqların ən böyüyü, Milana adlı qızcığaz idi.
"Siz o qədər səs-küy saldınız ki, mən oyandım" - o, şirin bir şəkildə əsnəyərək dedi.
"Bizi bağışla, Milana, ancaq yalnız gecə oynaya bilərik", - oyuncaq piramida ona cavab verdi.
"Qalan vaxtlarda heç kim bizimlə oynamır", - hoppanan top oyuncaq piramidanı dəstəklədi.
"Nənənin sandığı bizim üçün tozlu və darıxdırıcı bir yerdir", - oyuncaq dələ dedi.
"Bəs niyə hər şeyi gördüyünüzu, eşitdiyinizi və hiss etdiyinizi heç kimə demirsiz?" - Milana təəccüblənərək soruşdu.
"Biz - oyuncağıq. Uşaqların bizimlə oynaması üçün hazırlanmışıq. Bizimlə oynanılmayanda heç kəsə sevinc bəxş edə bilmərik. Biz unudulanda çox kədərlənirik!", - deyə oyuncaqlar cavab verdilər.
- Nənə bu axşam yatmadan əvvəl kiçik sandığını bizə gətirdi və orada nə olduğunu görmək üçün belə vaxtımız olmadı. Yəqin ki, nənənin evində heç kim sizinlə oynamayıb!? - Milana soruşdu.
- Heç kim! Heç kim! - oyuncaqlar bir-biri ilə sanki yarışaraq qışqırdılar.
- Sakit olun, oyuncaqlar, bacılarımı oyatmayın! Siz də yatin! Səhər sizi nənənin sandığından çıxarıb onlara göstərəcəm!
- Sadəcə unutma, oyunlardan sonra biz də istirahət etməliyik! Yerə səpələnib unudulsaq, yenə də çox kədərlənəcəyik! Oyuncaqların danışa biləcəyi sirrini isə heç kimə söyləmə, əks halda bunu necə edəcəyimizi həqiqətən unudacağıq!
"Söz verirəm", - Milana oyuncaqlara söz verdi- "Yatmazdan əvvəl bacılarımla sizi sandığa səliqə ilə qoyacağıq. Onlardan biri yerdə bir və ya iki oyuncağı unutsa belə onları özüm götürüb yerinə geri qoyacam. Bunu məndən istədiyiz haqda heç kimə bir kəlmə belə etməyəcəm!"
Səhər açılan kimi, Milana sözünü yerinə yetirdi. O, sandığı açıb bütün oyuncaqları çıxardı. Milananın bacıları sevindilər və bütün günü onlar ilə oynadılar. Gecə düşəndə uşaqlar yataqlarına uzandılar, nənənin sandığında isə bütün oyuncaqlar səliqə ilə düzülmüşdülər. Hər kəs məmnun şəkildə şirin yuxuya getdi.
30.04.2021