Məzahir Məzhər. İpəkqurdu möcüzəsi
İpəkqurdu çalışıb,
Bir ev tikdi özünə.
Bağladı pəncərəsin,
Həm qapısının üzünə.
Görənlərsə dedilər:
Bunu tikən qafasız
Burda qalıb yaşasa,
Boğulacaq havasız
Bu sözləri eşitcək
Uçub gəldi kəpənək,
Söylədi ki, dayanın,
Söz salmayın araya,
Qanadlanıb çıxmağa
Mən girmişdim oraya.
28.04.2021