
Tərcüməçi: Gülnar Nəzərova
Meşəyə bahar gəlir. Qar yavaş-yavaş yox olur, yarpaqlar böyüyür, heyvanlar isə meşədə oyunlar oyanır. Bruno adlı ayı isə hələ də yuxudadır. O, baharın gəlişindən xəbərsizdi.
- Dinlə! Bruno necə də xoruldayır!
İndi yaydır. Hava istidir, heyvanlar yenə meşədə oynayır, əyləncəli vaxt keçirirlər. Ancaq Bruno hardadır? Bruno hələ də yatır. O, yayın gəlişindən bixəbərdir.
İndi payızdır. Yarpaqlar qırmızı, sarı və narıncı rəngə çevrilib. Heyvanlar qışa hazırlıq işləri görürlər. Bəs Bruno hardadır? Bruno hələ də yatır. Onun payızın gəlişindən xəbəri yoxdur.
İndi isə qışdır. Heyvanlar artıq meşədə görünmür. Onların hamısı isti evlərində yatır. Bəs Bruno hardadır?
- Necə də gözəl və uzun bir yuxu! Qar! Qış ayları!
Yenidən bahar gəldi. Meşədəki heyvanlar çox sevinclidirlər. Onlar baharın gəlişi münasibətilə şənlik keçirdirlər. Bəs Bruno hardadır?
- Bruno!
Bruno nəhayət ki yuxudan ayıla bildi. İndi artıq o, baharın gəlişindən xəbərdardır.
20.04.2021