Allahşükür Ağa. Çeçələ barmaq
Arzu lap çox istəyir
Çeçələ barmağını.
Gecələr üstə salır
Balaca yorğanını.
Deyir, hələ körpədi,
Sinəsində gəzdirir
Alıb süd şüşəsini,
Ona süd əmizdirir.
Qoy barmağım böyüsün,
Olmasın qanı qara.
Tez bir zamanda çatsın
O biri barmaqlara.
16.04.2021