Tofiq Mahmud. Azərbaycan torpağında
Azərbaycan - Odlar yurdu,
Qəhrəmanlar,
Sənətkarlar vətənidir,
Qara qızıl məskənidir.
Ulduz-ulduz çiçəklər var
Hər çölündə, hər dağında.
Əfsanəvi,
Gözəl şəhər ucalıbdır
Xəzərimin qucağında.
Məktəbliyəm,
"Ana" sözü, "Vətən" sözü yazılmışdır
Dəftərimin varağında.
Çiçəklənib doğma diyar,
Təzə-təzə kəndlər düşüb
Arazla Kür qırağında.
O güclənib, qüdrətlənib,
Adı düşüb dildən-dilə, şöhrətlənib.
Tanıyırlar bu gün onu
Dünyanın hər bucağında.
Azad, xoşbəxt böyüyürəm
Azərbaycan torpağında!
13.04.2021