Arzu Müzəffərqızı. Qardaş
Sənlə dosta dostdur düşmənə düşmən.
Gücünə güc qatan dayaqdı qardaş.
Bir an belə düşsən dara çətinə.
Sənə yol göstərən mayakdı qardaş.
Kədərin sevincə üstün gələndə.
Kədərinə ortaq olandı qardaş.
Nədənsə sevinib üzün güləndə.
Üzünə təbəssüm dolandı qardaş.
Ata ocağının gur işığıdır.
Atadan sonrakı Atandı qardaş.
Bacının ömür-gün yaraşığıdır.
Ömrünü-ömrünə qatandı qardaş..