Tofiq Ağayev. Fil və qarışqa
Göyün yüksəkliyində bir sarı yarpaq uçurdu. Onun üstündə balaca qarışqa var idi. Qarışqa aşağı baxıb yerdə fili gördü. Bərkdən qışqırdı:
– Necə də balaca fildir!
Qarışqa yerə enəndə filə baxıb gözlərinə inanmadı:
– Sən ki bambalaca idin?!
– Sən göydən yerə enənə kimi mən böyümüşəm, – deyə fil qəhqəhə çəkdi.
06.04.2021