Ukrayna nağılı. Zəhmətkeş siçan
Bir dəfə, otlar və çiçəklərin ətri ilə dolu bir yay günündə, balaca boz siçan Frosya meşə kənarında gəzirdi. Frosya mahnı oxuyub, çiçəklər toplayırdı. Birdən Frosya yolun kənarında bir sünbül gördü. Onu yerdən götürüb, bir az nəzər yetirdi. Sünbül gövdəsindən yuxarıya qədər toplu şəkildə dənələri ilə dolu idi.
Balaca siçan çiçəklərlə birlikdə sünbülü, meşənin digər kənarında yerləşən yuvasına aparmaq istədi, lakin siçanın beli sünbülün ağır çəkisi altında əyilirdi. Bu zaman siçanın qarşısına dovşan çıxdı.
Dovşan siçanın necə əziyyət ilə yeridiyini görüb dedi:
- Ay siçan Frosya, bu ağır sünbül axı sənin nəyinə lazımdır? Daşıma onu, at kənara!
Frosya qınaq dolu baxışla Uzunqulaq dovşana baxaraq dedi:
- Xeyr, sünbülü tərk etməyəcəm, atmayacam, o, mənim üçün çox faydalı olacaq!
Siçan ağır yükünü daşımağa davam etdi. Bir az getmişdi ki, birdən hündür bir şam ağacının üstündə oturub qoz-fındıq gəmirən sincab ilə qarşılaşdı.
Sincab Frosyanı görüb dedi:
- Siçan, daşımağa çalışdığın sünbül o qədər böyük və ağırdır ki, onu daşımaq çətindir. At onu kənara, hərəkət etmək daha asan olacaq!
- Xeyr, atmaram! - Siçan yorğun bir səslə dedi və yuvasına doğru getməyə davam etdi. Balaca Frosya yorğun halda uzun yol qət etdi, axır ki, gəlib yuvasına çatdı. Yuvasının içinə girdi, bir az dincəldi, xüsusi bir aparat götürüb, sünbülün dənələrini bir-bir çıxardı. Onları təmizlədi, dəyirmana tökdü, dənələri üyüddü və nahayət un əldə etdi. Frosyanın unu ağappaq idi.
Frosya bir ovuc kərə yağı, yumurta, şəkər tozu götürüb xəmir yoğurdu. Sobanı alışdırdı, müxtəlif dolğularla xəmirdən müxtəlif tortlar bişirdi: moruq ilə, qoz-fındıq ilə, göbələk, pendir ilə ... Tortlar qırmızı, dadlı və ətirli idilər. Qoxu meşə boyu yayılmışdır.
Daha sonra siçan Frosya meşə bitkilərindən çay hazırladı, süfrə açdı, Dovşan və Sincabı qonaqlığa dəvət etdi.
Frosyanın dostları çox təəccübləndilər:
- Frosya, bu ləzzətlər hardandır?
Bunların hamısı o sünbüldən alınıb! - Siçan qürurla onlara cavab verdi. - Çalışdım, tənbəllik etmədim və budur nəticə! Gördüyünüz bütün tortlar zəhmətimin nəticəsidir! Nuş edin! Amma məni qiymətli bir sünbüldən imtina etməyə necə inandırdığınızı xatırlayın! Sünbülsüz bu cür ləzzətli və ətirli tortlar alınmazdı!
Kiçik Siçanın sözlərində böyük bir müdriklik səslənirdi. Belə ki, hər bir iş mükafatlandırılır və heç vaxt boşuna getmir. Xüsusilə öz əlləri və səyləri ilə edilən "nəticələr" çox qiymətlidir.
29.03.2021