Şeirlər

Mina Rəşid. Bizim xalçamız

Güllü naxışlı,
Yaşıllı, allı.
Xalça toxudu
Nənəm Sayalı.

 

Bizim xalçamız 
Uçacaq indi.
İçindən atlar 
Qaçacaq indi.

 

Burda dəvələr
Düzülüb yola.
Zınqırovlarla
Səs sala-sala.

 

Bizim xalçamız
Necə əzizdir.
Tariximizdir, 
Keçmişimizdir.

 

Uçar göylərə
Səmada süzər.
Bizim xalçamız 
Dünyanı gəzər...