Nağıllar, hekayələr

Valentina Oseyeva. Ən yaxşısı

Bir dəfə üç dost meşəyə getdi. Oğlanların başı meşədəki göbələklərə, giləmeyvələrə, quşlara qarışdı. Günün necə keçdiyini hiss eləmədilər. Bir də baxdılar ki, axşam düşüb. Qorxa-qorxa evlərinə qayıtmağa başladılar.

 

- Evdə bizi danlayacaqlar.

 

Yolda üçü də dayanıb düşündü: Nə edək? Yalan danışaq, yoxsa düzünü deyək?

 

Birinci oğlan dedi:- mən deyəcəm ki, qabağıma canavar çıxmışdı. Atam qorxacaq məni danlamayacaq.

 

- Mən deyəcəm ki, meşədə babamı gördüm, anam sevinib məni danlamayacaq - ikinci oğlan dedi.

 

- Mən isə düzünü deyəcəm. Ən yaxşısı elə düzünü deməkdir - üçüncü oğlan bildirdi.

 

Oğlanlar ayrılıb hərəsi öz evinə tərəf getdi.

 

Birinci oğlan atasına elə canavar haqqında danışırdı ki, meşəbəyi söhbəti eşitdi, bildirdi ki, bu meşədə canavarlar olmur. Atası yalan danışdığına görə ikiqat əsəbləşdi.

 

İkinci oğlan evə gəlib yolda babasını gördüyünü dedi, anası sevinib heç nə demədi. Birdən qapının zəngi basıldı, baba qonaq gəldi. Ana həqiqəti bildi, ikiqat əsəbləşdi.

 

Üçüncü oğlan evə gələn kimi anasına həqiqəti dedi, anası bir az deyinib sonra bağışladı.