Şeirlər
Rafiq Yusifoğlu. Ulu Öndər
Gülzar İbrahimova. Dünyaya Sülh
Xanım İsmayılqızı. Qızım
Rafiq Yusifoğlu. Paraşüt
Təyyarənin gözündən
Qopdu bir damla yaş tək.
Aşağıya endikcə
Onu şişirti külək.
Mavi göydə balaca
Adadı bu paraşüt.
Uçuşun sonundakı
Nidadı bu paraşüt…