Nağıllar, hekayələr

Durna və onun şagirdləri

Bir gün Durna qərara gəldi ki, meşədə məktəb açsın. Belə də etdi. O heyvan balalarını sinfə yığıb, dərs keçməyə başladı.

 

Durna yazı taxtasına ana sözünü yazıb dedi:

 

- Gəlin bu sözü birlikdə oxuyaq:

 

- A-na..

 

Balalar susaraq Durnaya təəccüblə baxdılar.

 

Durna Buzova yaxınlaşdı:

 

- De görüm: - a-na.

 

- Buzov dedi:

 

- mo-mo...;

 

Durna Çəpişə yaxınlaşdı.

 

Çəpiş dedi:

 

– mə- mə.

 

Durna balaca itə yaxınlaşdı:

 

Sən de görüm a-na:

 

İt dedi:

 

– hav-hav.

 

Sərçə dedi:

 

– cik-cik;

 

Qaz:

 

– qa-qa-qa;

 

Pişik dedi:

 

– myau, myau.

 

Durna anladı ki, ana sözünü hər bir heyvan öz dilində dedi. O bütün heyvan balalrına əla qiymət verdi.