Bu maraqlıdır!

Kalimantan adası

Kalimantan adası Asiyanın ən böyük, dünyanın isə üçüncü ən böyük adasıdır. Adada üç dövlət yerləşir: İndoneziya, Bruney və Malayziya. Adanın yamyaşıl tropik meşələri, ekzotik atmosferi və yabanı həyat tərzi ilə hər il milyonlarla turisti özünə cəlb etməyi bacarır. Adanın sahəsi 743,330 km² təşkil edir. Ada Malay arxipelaqının daxilində, cənub-şərqi Asiyada yerləşir. Ada avropalılar tərəfindən 1521-ci ildə Fernan Magellanın ekspedisiyası zamanı kəşf edilmişdir.

 

Adada Ekvatorial iqlim hakimdir. İllik temperatur 26° S təşkil edir. İllik yağıntının miqdarı 2000–3000 mm, dağlarda 5000 mm keçir.

 

Ada bir çox adlarla məşhurdur. Ada ümumxalq dilində Borneo adlanır. Bu ad Bruney sultanlığının adı ilə bağlıdır. Magellanın ekspedisiyası adanın bu hissəsinə lövbər atırlar. Sonradan isə Borneo adı bütün adaya şamil edilir.

 

İndoneziyalı aborigenlər adanı Kalimantan adlandırırlar. Bu adın bir neçə variantları vardır. Bunlardan sanskrit sözü olan «Kalamanthana» əmələ gəlmiş və mənası «yandıran havanın adası» (səbəb isə isti və rütubətli iqlimi idi) anlamındadır. Ən geniş yayılmış variant isə «Kalimantandır», bu söz klemanton qəbiləsinin adından yarandığı bildirilir. Digər versiyalar: «manqo torpağı» və «almaz çayı».

 

Adada Ekvatorial iqlim hakimdir. İllik temperatur 26° S təşkil edir. İllik yağıntının miqdarı 2000–3000 mm, dağlarda 5000 mm keçir.

 

Kalimantan adasının şimal və şimal-qərbdən Cənubi Çin dənizi, şimal-şərdən Sulu dənizi, şərqdən Sulavesi dənizi və Makassar boğazı, cənubdan Yava dənizi və Karimata boğazı sahillərini yuyur. Qərbdə Malay yarımadası və Sumatra adası, cənubda Yava adası, şərqdə Sulavesi adası və şimal-qərbdə isə Filippinə məxsus adalar yerləşir.

 

Adanın sahəsi 743 330 km² təşkil edir, bu göstərici ilə Asiyanın ən iri adasıdır.

 

Kalimantanın ən hündür nöqtəsi Kinabaku dağıdır (4 095 m). Elə buradaca fəaliyyətdə olan vulkan Bombalay yerləşir.

 

Ən iri çay sistemini Kapuas çayı əmələ gətirir və Cənubi Çin dənizinə axır (1143;km, Qərbi Kalimntan). Digər iri çayları Mahakam 980 km, Barito 880;km, Padjanq 262,5 km.

 

Adada çoxlu dağlar vardır. Onların böyük qisminin hündürlüyü 1000-2000 metrdən alçaqdır. Şimal-şərqdə isə adanın ən hündür nöqtəsi olan Kinabalu dağı (4,095) yerləşir.

 

Kalimantan adası zəngin meşələrlə örtülü olması burada hələ də elmə məlum olmayan canlı növlərinin olmasına səbəb olur. Son zamanlar təşkil edilən exspedisiyalar zamanı bir çox canlı növləri aşkarlanmışdır.

 

Maraqlı bitkilərdən çoxlu sayda Səhləbkimilər, Arnold rafflesiyası (eni 100 sm, ağırlığı 12 kq), yırtıçı bitki olan Nepentes (həşaratlar və kiçik quşlarla qidalanır).

 

Adada Oranqutan, Hibbinlar, Bəbir, Kərgədanlar, Fillər, Nəhəng uçan tülkü kimi canlılarda yaşayır. Uzunburun meymun isə ancaq Kalimantan adasında rast gəlinir.

 

Kalimantan sanki quşların cənnətidir. Burada dünyanın ən zəhərli ilanı olan Kral kobrası geniş ərazilərdə yaşayır. Digər maraqlı canlılardan uzunluğu 10 metrə çatan Setçat pitonu, üstəlik Timsah və Ağacqurbağaları da yaşayır.

 

Kalimantan meşələri 140 milyon il öncə yaranmışdır, bu dünyanın ən qədin tropik meşələrindəndir. Burada 15000 növ bitki və 3000 növ ağac, 221 növ məməli, 420 növ quş və 440 növ balıq yaşayır. Bu canlıların bir çoxu endemikdir. Bunlar:  Kalimantan oranqutanı, Asiya fili, Sumatra kərgədanı və Borneo bəbiridir.

 

Kalimantan əhalisi 300 müxtəlif etnik qruplardan ibarətdir. Onların böyük əksəriyyəti müxtəlif dillərdə danışır.

 

Adaya ilk insanlar 40 min il öncə ayaq basmışlar. Onlarda Avstro-Maleneziya qəblindən olan və Papuaslara bənzərlər idilər. Bu xüsusiyyətlərə malik insanlara adada hələ də rast gəlmək olar. Onlar əsasən şərqdə dağlıq hissələrə kompakt şəkildə yaşayırlar. Onların sayı adada 3000,000 nəfərdir.

 

Ən böyük etnik qrup isə dayaklardır. Ümumi sayları 3,7 milyon nəfərdir.

 

Adada zəngin neft yataqları vardır. Bu Bruney sultanlığının iqtisadiyyatının əsasını təşkil edir. Üstəlik İndoneziya iqtisadiyyatınada öz müsbət təsirini göstərir. Adadan Almaz çıxarılır. Burada zəngin Ekvatorial meşələr var, ağac tədarük edilir. Meşələrin tədarükü, güclü yanğınlar (1997-1998 il) meşə örtüyünü xeyli azaltmışdır.