Nağıllar, hekayələr

Uşaqlar üçün ibrətamiz nağıl: Müdrik hesab

Bir gün İmperator Əkbər saray əyanlarına onları düşündürən qəribə bir sual verdi. Heç kim imperatora cavab verə bilmədi.

 

Bu zaman əyalətin ən ağıllı sakinlərindən biri olan Birbal, imperator sarayına daxil oldu və hamının niyə bu qədər fikirli olduğunu soruşdu. Ona imperatorun hər kəsə verdiyi inanılmaz dərəcədə çətin bir sual barədə danışdılar.

 

Sual belə idi: "Şəhərimizdə neçə qarğa var?".

 

Birbal sualı eşidən kimi hündürdən güldü.

 

- Cavabı bilirəm. Şəhərimizdə əlli min beş yüz səksən doqquz qarğa var, ağam.

 

Hamı sadəcə məəttəl qaldı.

 

- Sən haradan bilirsən? - deyə imperator Əkbər soruşdu.

 

- Bu çox sadədir, ağam. Xahiş edirəm əyanlarınızdan qarğaları saymağı xahiş edin. Əgər qarğa sayı dediklərimdən çox olarsa, qohumlarının başqa şəhərdən qarğalarımızı ziyarətə gəldikləri anlamına gələcəkdir. Tam tərzinə əgər qarğa sayı az olarsa, demək, qarğalarımız özləri yaxınlarını ziyarət etmək qərarına gəliblər və səfərə çıxıblar. 

 

İmperator Əkbər Birbalın hazırcavablığından çox məmnun qaldı.

 

Nəticə: Hər zaman dedikləriniz üçün yaxşı bir səbəb tapmaq olar.