Nigar Rəfibəyli. Vətənim
Mən sənin torpağından
Boy atmışam, Vətənim...
Dirçəlmişəm, qalxmışam,
Dənli sünbül olmuşam.
Eşqini ürəyimdə
Ya şatmışam, Vətənim.
Min nəğməli, min sözlü
Coşqun könül olmuşam.
Mən səndən öyrənmişəm
Eşqi də, nifrəti də.
İnsana, təbiətə
Sonsuz məhəbbəti də...
Bir gün sinəmdə əgər,
Çırpınmasa bu ürək,
Torpağın altda belə
Sənin böyük eşqinlə
Həmişə döyünəcək...