Şeirlər

Gülarə Münis. Danışan hərflər

Hərflər dilə gəldi, 
Biri belə söylədi: 
“A “deyirlər adıma, 
“N” yetişsə dadıma. 
Yaranar “Ana” sözü, 
Gülər dünyanın üzü. 


 
Bir “T” gəlsə  o saat, 
Vərəqdə yazılar “At”. 
 Bir “A”da çağıraram, 
“Ata” sözü yazaram. 


 
“B” söylədi: Sus bir az, 
Qarşıda bir “B” da yaz, 
İki “B” və iki “A”, 
Birlikdə olar “Baba”. 


 
Bu dəfə dözmədi “C”, 
Dilə gəldi bu bacı: 
Mənimlə yazılır “Can”, 
Vətənim Azərbaycan. 
Çox şirindi dilimiz, 
Bəxtəvərdi elimiz!.