Dəyirman daşı
XIX-cu əsrin alim və şairlərindən biri olan Həsirçizadə Mehmet Ağa həm də, çox hazırcavab bir adam idi. Bir gün dostu Fuad paşaya qonaq getmişdi. Birdən gözü paşanın barmağındakı almaz üzüyə sataşdı və diqqətlə baxmağa başladı.
-Üzüyümə baxırsan?- deyə Fuad paşa soruşdu.
-Hə, qaşı nə daşıdır? Onu öyrənmək istəyirəm.
-Almazdır.
-Çox gözəl, bəs faydası nədir?
-Heç nə.
-Nə gəlir gətirir?
-Heç nə.
-Ancaq mənim atamdan qalma bir cüt daşım var. Onunla ildə 50 qızıl qazanıram.
-Nə daşıdır bu elə?
-Dəyirman daşı. Mən bu daşlarla həm çörəkpulumu çıxarıram, həm də insanlara kömək edirəm.
18.11.2020