Avstraliyadan başqa kisəli heyvanlara harada yaşayır
Hamı bilir ki, Avstraliya kontinenti – kisəli heyvanlar diyarı sayılır. Burada kenqurulardan əlavə koala, Tasmaniya canavarı, uçan tülkü, kvokkalar, kisəli siçanlar, canavarlar və digər kisəli heyvanlar yaşayır.
Kisəli heyvanlara, həmçinin Avstraliyaya qonşu bölgə olan Yeni Qvineya adalarında, həmçinin, sayı bir o qədər də çox olmasa da Amerika qitəsində belə rast gəlinir.
Geniş yayılışına görə kisəlilərin milyonlarla il əvvəl Avstraliyada yarandığını güman etmək olar. Ancaq son araşdırmalar bu nəzəriyyəni təkzib etdi. İngiltərədəki Salford Universitetinin alimləri, bütün Avstraliya kisəlilərinin "immiqrant" olduqlarını açıqladılar. Live Science xəbər verir ki, bu heyvanlar daimi yaşayış yerlərinə yerləşmədən əvvəl 70 milyon il başqa yerlərdə yaşayıblar.
Mütəxəssislərin fikrincə, plasentalı məməlilərindən təxminən 125 milyon il əvvəl ayrılan kisəlilərin həqiqi "yurdu" - Şimali Amerikadır. 66 milyon il əvvəl, dinozavrların məhv olması ilə eyni vaxtda, bilinməyən bir səbəbdən kisəlilər Cənubi Amerikaya köç etdi (O zaman iki qitə indiki qədər yaxın deyildi, güman edilir ki, hansısa ada arxipelaqı və ya quru körpü ilə bir-biri ilə bağlı idilər). 35-40 milyon il əvvəl Cənubi Amerika, Avstraliya və Antarktida tək bir quru kontinent təşkil edirdi. O dövrdə Cənubi Qütb indikindən daha isti və həyat üçün olduqca uyğun idi.
Növbəti 2-3 milyon il ərzində kisəli heyvanlar aktiv olaraq inkişaf etməyə başladılar. Bəzi növlər nəhəng, digərləri isə kiçik ölçülərə sahib oldular. Yeni növlərin bir çoxunun nəsli kəsildi, lakin bəziləri günümüzə qədər gəlib çatdı - məsələn, Cənubi Amerikada yüzdən çox növü olan Opossumlar, yeddi növ Yereşənlər var.
Bəzi alimlər isə, kisəli heyvanların Antarktidadan Avstraliyaya köç etdikləri fikrini irəli sürürlər.
Avstraliyada tapılan ən qədim kisəli heyvan qalıqlarının təxminən 55 milyon yaşı var. Bəzilərinin Cənubi Amerikanın qədim sakinləri ilə açıq bir bənzərliyi var və “Djartiya” adlı bir növ bu sinifin bütün Avstraliya təmsilçilərinin ortaq əcdadı ola bilər.
Bu gün Avstraliyada təxminən 250 növ, Cənubi Amerikada - 120 növ, Şimali Amerikada - yalnız bir növ (Virginia opossum) kisəli heyvan var.
Daha öncə, Alyaskada Yer kürəsinin “ən şimal kisəli heyvanının qalıqları”nın tapıldığı bildirilmişdir.
16.11.2020