Şeirlər
Coşqun Xəliloğlu. Fərda
Vaqif Məmmədov. Süsən bacım, küsən bacım
İlyas Tapdıq. Çəpiş
Ələsgər Əlioğlu. Zoğal ağacı
Havalar sınır daha,
El-obadan köçür qış.
Tez çiçək açmaq üzrə,
Bağda başlanır yarış...
Yazın hənri vurduqca,
Tumurcuqlar oyanır.
Bağda zoğal ağacı,
Birincilik qazanır.