Şeirlər

Sevinc Nuruqızı. Aşsüzən

Gözü bilmirəm qırxdır

Əllidir, yoxsa ki, yüz.

Hövsələm çatmayıbdır

Sayım onu düppədüz.

 

 

Onu bilirəm, bütün

Altı deşik-deşikdir.

Nənəm aşı süzəndə

Düyülərə beşikdir.

 

 

Yəqin içinizdə var

Onun adını sezən.

Soruşsam, deyəcəkdir

Aşsüzəndir, aşsüzən.