Şeirlər

Eşqin Məmmədov. Vətən!

Bizim əsgərlər xalqın , millətin
Şərəflə qoruyub bil heysiyyətin
Atom sayılsada , ən böyük silah
"Xalqin birliyinə" inan uduzacaq
Şəhidlik zirvəsin qar da alammaz
Cənnətdə onlardan alınmır cavab
Quşa da vətəndi doğma yuvası
Ona bağlanıbdı qəlbinin hamsı.
Bulanır çaylardan ayrılan sular
Onlara da çayları vətən sanırlar
Diqqətlə baxsaniz, yanan od-ocaq
Külünü kənarda bil qoymayacaq
Müsəlləh olsada önündə düşmən
Sevgin böyükdürsə zəifdi səndən
Yaxşı ki, bir zaman bizim babalar
Torpağı qoyublar bizə yadigar
Xilqətin görmədim vətənsiz kəsin
Gəzsə də dünyanın hər bir ölkəsin
Eşqinə əzəldən şirindir Vətən
Ayrıla bilmirəm mən bu sevgidən.