Buqenvil adası
Buqenvil (fr. Bougainville) — Sakit okeanda yerləşən, Solomon adalarının ən iri adasıdır. Papua-Yeni Qvineyanın tərkibinə daxildir. Adanın ümumi əhalisi 175 160 məfər (2000), sahəsi 9317,8 km² təşkil edir.
Ada fransız səyyahı və ilk dəfə dünya ətrafına fırlanan fransalı Lui Antuana de Buqenvilin (1729-1811) şərəfinə adlandırılmışdır.
Adanın yaxınlığında fransız adını daşıyan digər Şuazyöl adası var.
1882-ci ildən bəri bu adalar Almaniyanın Yeni Qvineyasının bir hissəsidir.
Ada rütubətli tropik meşələrlə örtülüdür. Adada düyanın ən zəngin və böyük mis yatağı vardır. Qızıl hasilatı həyata keçirilir. Mis mədənlərini inkişaf etdirməyə əlavə olaraq, Buqenvil adası kakos və vanil ixrac edir.
Adada bir neçə vulkan var. Bunlardan ən böyüyü və fəalı - Baqanadır (1855 m.).
Adada separatçılıq mövcuddur. Separatçılar Şimali Solomon Adaları Respublikası adlı dövlətin müstəqilliyini 1975 və 1990 illərdə elan etmişlər. Toqquşmalar nəticəsində 15 min insan həlak olmuşdur.
Danışıqlar 1997-ci ildə bitir. Nəticədə ada muxtariyyət alır (Buqenvil Muxtar regionu).
Region geniş muxtariyyətə malikdir. Onlar öz konstitusiyasını, pulunu və mühafizə orqanlarını yaratmaq hüququ verilmişdir.
Upsal Universitetinin İsveçli alimlərinin qənayətinə görə “İ” xalqının (Çin) nümayəndələri və Buqenvil adasının papuasları Denisov insanına yaxındırlar.
Tuzemlərin əlifbası dünyada ən qısa əlifba hesab edilir — 12 hərf və 11 səsdən ibarətdir.
04.11.2020