Mirmehdi Seyidzadə. Xəzər
Xəzər, Xəzər, coşqun Xəzər!
Dalğan göyərçinə bənzər.
Səhər-axşam qucağında.
Gəmi üzər, qayıq gəzər.
Dənizçilər üzə-üzə,
Sularında gəzə-gəzə,
Doğma qardaş ellərindən
Pay gətirir hər gün bizə.
Dənizçilər bilməz tufan
Bilməz yağış, bilməz duman,
Sənin dogma sularında
Keşik çəkir hər bir zaman.
03.11.2020