Dünyanın ən hündür palma ağacı: Kindio Mum
Vətəni Kolumbiya olan Kindio Mum palması (Ceroxylon quindiuense) - planetin ən hündür palma ağacı hesab olunur.
Kokora Vadisindəki dağlıq ərazilərdə, Kolumbiyanın şimal-şərq hissəsində dəniz səviyyəsindən 1800-2400 m yüksəklikdə böyüyür, ağacın hündürlüyü 50 metrə bəzən də 60 metrə çata bilər. Yavaş-yavaş böyüyən bu nəhəngin ömrü 120 ildən çoxdur.
Kindio palmaları sayəsində Kokora Vadisi Kolumbiyanın ən populyar turizm yerlərindən birinə çevrilib.
Bitki ilk dəfə Alman alimi Aleksandr von Humboldt tərəfindən 1801-ci ildə təsvir edilib. Kolumbiyanın milli ağacıdır və 1985-ci il tarixli 61 saylı Qanuna uyğun olaraq dövlət tərəfindən qorunur. Qanuna görə, bu palma ağaclarının kəsilməsi ciddi cəzaların tətbiq edilməsinə səbəb ola bilər, hətta edam cəzasına belə.
Bu qanunun qəbulundan əvvəl ağac fəal şəkildə kəsilirdi. Elektrik enerjisi ortaya çıxana qədər mum istehsalında istifadə edilirdi. Palma ağaclarının gövdəsi yerli sakinlər tərəfindən evlər və su boruları tikmək üçün istifadə olunurdu. Meyvələri mal-qara və donuz üçün qida rolunu oynayırdı. Yarpaqları isə şənliklərdə geniş istifadə olunurdu.
Dünyanın ən böyük palma ağacının, tünd yaşıl, uzunluğu 2 metrə çatan yarpaqları var.
Nəmli mühit yağış meşələrinin böyüməsi üçün ideal şərait yaradır. Orta illik temperatur + 15 ° С-dir, lakin çox dəyişkəndir, hətta gün ərzində bir neçə dəfə dəyişə bilər.
Kindio Mum palması, Kaliforniya, Cənubi Avropa, Yeni Zelandiya və Cənubi Avstraliyada dekorativ bitki kimi əkilir.
09.10.2020