Şeirlər
Rəsul Rza. "Dənizdən böyük"
Əziz Musa. Əsgər olacağam mən
Mina Rəşid. Sənəmin sevinci
Teymur Elçin. Mişar
Tapdım usta Yaşarı.
Aldı ələ mişarı.
Əmr elədi yüzdişə
Dişlər başladı işə.
Ağacdan kəpək axdı,
Elə bil ipək axdı.
Mişar gördü işini,
Sonra sildi dişini.
Ağac döndü taxtaya.
Yığıldı taya-taya.