Hikmət Ziya. Əziz dost
Siz ey mənə yazmağı,
Oxumağı öyrədən,
Əziz müəllimlərim,
Sizə minnətdaram mən.
Xatirimdən çıxarmı,
Bu böyük xidmətiniz?
Kitabların dilini
Mənə söz öyrətdiniz.
Kitab mənim sevimli
Dostumdur, yoldaşımdır.
O mənə sirrlər açan
Ən yaxın sirdaşımdır.
O tanıtmışdır mənə
Həyatı, insanları.
Vətən üçün canından
Keçən qəhrəmanları.
O öyrətmişdir mənə
Təbiəti sevməyi.
Hər vərəqin dili var
Hər bir sətrin ürəyi.
Kitabla dost olandan
Arymış gözümün nuru.
Mən ondan öyrənmişəm
Mətinliyi, qururu.
07.01.2021