Simax Şeyda. "Nə üçün belə deyir"
Bir “Əlifba“ kitabı
Alginən, ana, mənə.
Vərəqləyim birbəbir
Baxım şəkillərinə.
Bacım icazə vermir,
Götürüb baxım ona.
Deyir: “Birdən cırarsan,
Get o tərəfdə oyna”.
Bilirəm ki, kitabı
Cırmaq olmaz, anacan.
Nə üçün belə deyir,
Mənə bacım Mehriban?
15.07.2020