Köpəklərin ilk görüntüləri
Elm adamlarının fikrincə Səudiyyə Ərəbistanın şimal-qərbindəki dağlarda tapılan mağara rəsmlərinin 8000 il yaşı var. Qaya rəsmlərində 349 köpək təsvir olunub: bəziləri ceyran və dağ keçilərinə ov edirlər, digərləri isə sahiblərinin ayaqlarına iplə bağlanıblar.
Mütəxəssislərin fikrincə, bu rəsmlər köpəklərin ən erkən (ilk) şəkilləridir. Yeni arxeoloji tapıntı, bu bölgədəki insanların 7-8 min il əvvəl köpəkləri ev heyvanı kimi bəslədiklərini və heyvandarlıqla məşğul olduqlarını bir daha təsdiqləyir. Rəsmlərdəki heyvanlar müasir Ov itlərinə (The Canaan Dog) daha çox bənzəyir. Eyni zamanda, təsvir olunan 349 heyvan fərdi xüsusiyyətlərə malikdirlər.
Hər bir köpək rənginə və ləkələrinə görə seçilir.
19.06.2020