Xəbərlər

Gənc Tamaşaçılar Teatrı yeni ildə uşaqlar üçün maraqlı tamaşalar göstərəcək

BAKI, 31 dekabr (AzərTAc).  Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2015-ci il yanvar ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
1- 5 yanvar -  “Madaqaskar” (yeni il tamaşası)  
10 yanvar - “Qoğalın nağılı”
11 yanvar - “Qaraca qız”
17 yanvar - “Ələddinin sehrli çırağı”
18 yanvar - “Yatmış gözəl”
24 yanvar - “Danışan gəlincik”
25 yanvar - “Şəngülüm, Şüngülüm, Məngülüm”
31 yanvar - “Əlincə qalası”
Tamaşalar saat 12:00, 14:00, 16:00, 18:00-da başlayır.