Tısbağa və quş
Biri var idi, biri idi, bir lovğa tısbağa ilə bir quş var idi. Bir gün tısbağa quşun yuva qurduğu ağacın kölgəsində dinclənirdi. Tısbağa quşun yuvasına baxıb lovğalanaraq dedi, “Sənin evin nə köhnədir belə! Sınmış budaqlardan düzəldilib, damı yoxdur, həm də çox kobud görsənir. Ən pisi də budur ki, onu özün qurmusan. Məncə, mənim belimdəki qabıqlı evim sənin evindən çox daha gözəldir”.
“Bəli, evim çör-çöpdən, sınmış çubuqlardan düzəldilib, həm də köhnə görünür və üstü açıqdı. Kobuddur, düzdür, ancaq onu mən tikmişəm və mən evimi çox sevirəm”.
“Məncə, bu da digər evlər kimidir, ancaq mənimkidən gözəl deyil”, dedi tısbağa. “Yəqin sən indi mənim qabıqlı evimə həsəd aparırsan”.
“Əksinə”, quş cavab verdi. “Mənim evimdə ailəm və dostlarım üçün yer var, hər biri rahatlıqla yerləşə bilər; sənin qabığında isə səndən başqa heç kim yerləşə bilməz. Ola bilər sənin evin gözəl olsun, ancaq mənim də gözəl yuvam var”, dedi quş gülümsəyərək.
30.12.2019