Bu maraqlıdır!

Dünyanın ən uzun avtobusu

Dünyanın ən uzun avtobusu Almaniyada istehsal olunub. "Die Autotram Extra Grand" adı verilən bu avtobusu Almaniyanın Drezden şəhərində Fraunhofer Nəqliyyat İnstitutu ilə Drezden Texniki Universiteti tərəfindən istehsal edilib. Avtobusun uzunluğu 30 metrdir və 256 oturacağa malikdir. Qatar və tramvaya görə xərci daha aşağı olan "Die Autotram", eyni zamanda, ekologiyaya zərərsiz olan bir mühərrikə sahibdir.

 

Almaniya dünyanın ən uzun avtobusuna Hindistan, Çin, Rusiya və bəzi Ərəb ölkələrinin maraq göstərəcəyini düşünür. Dünyanın ən uzun avtobusunun dəyərinin 3,4 milyon avro olduğu da bildirilib.