Məmməd Aslan. "Yalqız qurbağa"
– Qurbağa, hardan?
– Bulaqdan.
Hardan keçdin?
– Yolaqdan.
Cürdəyin hanı?
– Qırdılar.
Məni də beş-on
Vurdular.
– Sən ki topal
deyildin;
Bir döymədin.
Döyüldün.
– Onlar iki,
Mən bir idim;
Onlar vurdu,
Mən kiridim.