Bu maraqlıdır!

Tarix dolu “şüşədə məktublar”

Eramızdan əvvəl 310-cu ildə Yunan filosofu Teofrastın bu ünsiyyət metodunun ixtiraçısı olduğu güman edilir. O, Atlantik okeanından suyun Aralıq dənizinə axdığını sübut etmək üçün Cəbəllütariq boğazına (Gibraltar) içərisində qeydlər olan möhürlənmiş bir neçə şüşə atdı. Bir neçə ay sonra şüşələrdən biri Siciliyada tapıldı.


Bəzi maraqlı faktlar:


- məşhur səyyah Xristofor Kolumb Hindistana gedən yolda İspaniya kraliçası İzabellaya hesabat göndərməq məqsədilə şüşələrə yazılı kağızlar dolduraraq okeana atırdı. Cərəyanlarla üzən bu şüşələrin bəziləri sudan tapılaraq kraliçanın sarayına çatdırıldı. Kolumb tərəfindən atılan şüşələrdən birini Amerika gəmisinin kapitanı 1852-ci ildə Cəbəllütariq boğazından taparaq götürmüşdür.


- İngiltərədə, 1590-cı ildən XVIII əsrin sonuna qədər, dənizdə tapılan və ya sahildə tapılan möhürlənmiş şüşəni sındırmağa cəsarət edənləri ölüm cəzası gözləyirdi. Belə məktubları oxumaq üçün xüsusi "okean şüşələrinin açılması" adlı məntəqə yaradılmışdı. Kraliça Elizabeta I sarayında şüşədəki məktubları oxuyan ilk adam Lord Tomas Tonfild olmuşdur. O, vəzifəsinin ilk ilində şüşələrdən 52 məktub çıxarmışdı. 


- Şüşə vasitəsilə mesaj göndərmək hələ də bəzi İndoneziya adalarının sakinləri tərəfindən istifadə olunur.


- 1983-cü ilə qədər ən uzun yol qət etmiş şüşədə məktub - 1909-cu ildə Rusiya gəmisi “Manjur” tərəfindən dəniz axınlarını öyrənmək üçün atılan şüşə hesab edilirdi: şüşə 1967-ci ildə Berinq adasında (Komandor adaları) tapıldı. 


-6 iyun 1983-cü ildə rekord qırıldı: Morton adasında Avstraliya sahillərində ingilis gəmisi Aravattanın göyərtəsindən 1910-cu ildə atılan şüşə tapıldı.


- 2005-ci ildə Kosta Rikada gəminin qəzaya uğradığı barədə açıq dənizə atılan şüşədəki məktub 88 immiqrantın həyatını xilas etdi.  Xoşbəxtlikdən, şüşə tez bir zamanda yerli bir balıqçı tərəfindən aşkar edildi.


- 2012-ci ildə Şotlandiya balıqçısı Andryu Liper Şetland adalarında içərisində məktub olan 97 yaşı olan bir şüşə tapdı. Bir əsrlik tapıntı ən qədim "şüşədə məktub" olaraq Ginnesin Rekordlar Kitabına daxil edildi.