Bu maraqlıdır!

Dünyanın ən məşhur səkkiz zooparkı. Şönbrun zooparkı

Vyananın Şönbrun zooparkı dünyanın ən qədim zooparklarından biridir. Bu zoopark artıq 3 dəfə Avropanın ən yaxşı zooparkı seçilib. İl ərzində təxminən 2 milyon turist ayı-pandaları, fil və digər nəsli kəsilməkdə olan digər heyvanları görmək üçün zooparka baş çəkir.  
 
Dünya müharibələri ərzində Şönbrun zooparkı dağıntılara məruz qalsa da hələ də 17-ci əsrin memarlığını özündə qoruyub saxlayır. 1990-cı illərdə irimiqyaslı bərpa işlərindən sonra zooparka nəsli kəsilməkdə olan buynuzlu kərgədan və Sibir pələngi də daxil olmaqla 500-dən artıq heyvan növünün məskəninə çevrilmişdir. 
 
17 hektar sahəsi olan zoopark heyvanların yaşaması üçün olduqca rahat şəraitə malikdir. Tovuzquşlar, pinqvinlər, ağ ayılar, nəhəng zürafələr, kərgədanlar, begemotlar və digər heyvanlar zooparkda ziyarətçilərin yolunu gözləyir. Avropanın nadir heyvanlarından biri sayılan koala pandalarla yanaşı qəfəsdə yaşayır.
 
Hazırda zooparkda 600-dən çox heyvan növü var. Zooparkın tropik pavilyonunda ziyarətçilər özlərini cəngəllikdə hesab edirlər.  Belə ki, burada müxtəlif bitkilər, quşların nəğmələri, şəlalələrin səsi insana cəngəlliyi xatırladır. Flaminqoların yaşadığı sahənin gözəlliyini isə sözlə təsvir etmək qeyri-mümkündür. 
 
Zooparkın “Terolen bağı” adlanan sahəsində ev heyvanları saxlanılır. Balacalar burada inəyə, keçiyə baxa, valideynlər isə ekoloji cəhətdən təmiz məhsullar alırlar. 
 
2002-ci ildə zooparka özünün 250 illik yubileyini qeyd etdi. Bu münasibətlə 5 avro dəyərində üzərində zooparkın mərkəzi pavilyonunun fonunda  heyvanların təsvir olunduğu gümüş qəpik buraxıldı.