Xəbərlər

Bu gün Beynəlxalq Astronomiya günüdür

Yerin ilk peykinin buraxılışı ilə (1957) astronomiya elmində yeni bir dövr başlayır. Daha sonra planetlərarası kosmik stansiyaların və orbital rəsədxanaların buraxılması və Aya uçuşlar həyata keçirildi.


O illərdə insanlar kosmik gəmilərin uçuş və eniş məkanlarını gözləri ilə görməyə çalışırdılar. Bu barədə öz təəssüratlarını bölüşmək istəyirdilər. Bunun üçün müxtəlif dərnəklər fəaliyyət göstərirdi.


Bu dərnəklərlərdən biri də San Fransiskoda yerləşirdi. Dərnək üzvləri “istənilən vaxt istənilən məkanda” devizi altında açıq müşahidələr təşkil edirdilər. Duqlas Berger adlı həvəskar astronom məsələyə daha ciddi yanaşdı və təklif etdi ki, ildə bu gün üçün xüsusi bir gün ayrılsın.


İlk dəfə olaraq Amerikada 1973-cü ildə Duqlas Berger tərəfindən bu işə başladılar. Duglas Berger Şimali Koliforniya Astronomiya Assosasiyasının prezidenti idi. Onun əsas məqsədi şəhər yerlərində insanların səmanın gözəlliyini müşahidə edə bilməsi üçün teleskoplar quraşdırmaq idi.


Astronomiya günü hər il aprelin ikinci yarısı ilə may ayının birinci yarısı arasındakı şənbə günündə qeyd olunur. Maraqlıdır ki, məhz həmin şənbə günü ayın dörddən bir hissəsi görünür. 


Beynəlxalq Astronomiya günü astronomiya həftəsinin bir hissəsidir. Bu gün astronomiya həvəskarları və mütəxəssisləri arasında qarşılıqlı münasibət yaratmaq üçün bir vasitədir. Əsas məqsəd insanlara astronomiyanı çatdırmaqdır. Beynəlxalq Astronomiya Günündə Planetariumlar və həvəskar astronomlar bir araya gələrək astronomiya haqqında açıq qalan məsələlərlə bağlı fikir mübadiləsi edirlər.