Nağıllar, hekayələr

Seyid Əzim Şirvani. İsgəndərin sualı

Çin padşahı İsgəndərdən sual elədi ki, padşahlığın ləzzətini nə şeydə gördün? 


İsgəndər cavab verdi ki, üç şeydə: birinci - düşmənlərə qalib olmaqda, ikinci - dostları sərbülənd etməkdə, üçüncü - möhtacların hacətlərin rəva qılmaqda. Bunlardan qeyri ləzzətini etibarı yoxdur.