Dünyada ilk fotolar
Dünya tarixi maraqlı hadisələrlə zəngindir. Bunlardan biri isə dünyada fotoaparatla çəkilən ilk şəkildir. Bu hadisə 1826-cı ildə baş verib.
Bu şəkli Yozef Nisefor Niyepsi Fransanın Burqon bölgəsindəki evinin pəncərəsindən çəkib.
İçində insan olan ilk foto isə Lui Dager tərəfindən 1836-cı ildə Parisdə çəkilib.
Dünyada ilk selfi Robert Kornelius tərəfindən çəkilib. 1839-cu ilə məxsus həmin selfi Filadelfiyada çəkilib.
Bundan başqa, dünyada ilk rəngli foto Tomas Sutton tərəfindən çəkilib. 1861-ci ilə aid həmin foto Ceyms Maksvellin kəşf etdiyi üsulla çəkilib.
1840-cı ildə Con Dreyper teleskop köməyi ilə ilk dəfə ayın şəklini çəkdi.
Günəşin ilk şəkli isə 1845-ci ildə Fransız fizikləri Lui Fizo və Leon Fuko tərəfindən çəkilib.
01.03.2019