Bu maraqlıdır!

Dünyada ən çox kitab oxuyan millət - hindistanlılar imiş

Kitab oxumaq insanlıq tarixində önəmli yerə sahibdir. Eyni zamanda, bəhsolunan vərdiş son 10 ildə texnoloji inkişaf və bənzər dəyişimlərlə əlaqəli olaraq azalıb. Lakin azalmaya baxmayaraq hələ də dünyada vaxtının böyük hissəsini kitab oxuyaraq keçirən insanlar var. Statistikaya görə, dünyada ən çox kitab oxuyan millət hindistanlılardır. Hansı ki, bu işə həftənin demək olar ki, 11 saatını ayırırlar. Dünyada saat miqdarına görə, ən çox oxuyan ölkələri isə belə sıralamaq olar: 

 

1. Hindistan - həftədə 10.7 saat
2. Tailand - həftədə 9.4 saat
3. Çin - həftədə 8 saat
4. Filippin - həftədə 7.6 saat
5. Misir - həftədə 7.5 saat
6. Çexiya - həftədə 7.4 saat
7. Rusiya - həftədə 7.1 saat
8. İsveç - həftədə 6.9 saat
9. Fransa - həftədə 6.9 saat
10. Macarıstan - həftədə 6.8 saat