İldırım Sipəri nədir
İldırım, şimşək bəlkə də insanların ən çox qorxu və həyəcanla qarşıladığı təbii hadisələrdən biridir. İldırım təkcə yüksək səsi və göylərdə çaxan işıq effekti ilə yox, həm də vurduğu zərərlərlərlə yadda qalır. Bu zərərlərdən qorunmaq üçün hansı addımlar atılmalıdır?
Tikili və sistemlərin ildırıma qarşı tam şəkildə qorunması yalnız ildırım sipəri, yüksək gərginlikdən qoruyucu sistem, torpaqlama və potensial örtük sistemlərinin əskiksiz və bir-birləri ilə uyğun şəkildə dizayn edilməsi şərti ilə mümkündür.
İldırım sipəri Sistemləri nəzarətsiz ildırım düşmələrinə qarşı havanı ionlaşdıraraq ildırım öz üzərindən torpağa ötürülməsini təmin edən, “müəyyən diametr” çərçivəsində qoruyucu sistemlərdir. Qorumanın diametr aralığı: ildırım sipərinin marka və modelindən əlavə, qorunacaq tikilinin fiziki xüsusiyyətləri, istifadə məqsədi və yerləşdiyi coğrafi mühit amillərindən asılı olaraq dəyişir.
İldırım daha çox sivri formalı əşyaları vurur. Ekspertlər məsləhət görür ki, ildırım çaxan zaman yerə uzanmaq, evdə ikən qapı və pəncərələri bağlamaq, elektrik avadanlıqlarını cərəyan mənbəyindən ayırmaq, telefonla danışmamaq, radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmamaq lazımdır. Həmçinin su yaxşı elektrik keçiricisi olduğundan sudan da uzaq durmaq lazımdır.
21.02.2019