Bu maraqlıdır!

Üç qardaş qayası

Üç Qardaş - Avaçi Körfəzinin girişində, Kamçatka bölgəsində yerləşən üç təbii mənşəli sütun şəkilli qayalar adasıdır.


Yerli əfsanəyə görə, qədimdə “üç qardaş” körfəzi okeanın böyük dağıdıcı dalğasından qoruyurdu. Belə ki, Kamçatka sunami təhlükəsi olan bir bölgədir. O zamandan bəri qardaşlar daşa döndü və indi körfəzi təhlükədən qoruyur.


Üç qardaş qayasından çənli hava şəraitində gəmiçilər mayak kimi istifadə edirlər. 


Şlyupoçnaya körfəzindəki sahildən 300 metr məsafədə yerləşən üç qardaş adası XVIII əsrdən bəri tanınmışdır. İlk dəfə 1737-ci ildə Avaçi Körfəzinin xəritəsinə salınmışdır.


Qayaların ən yüksək nöqtəsi 75 metrdir. Adalar müxtəlif dəniz quşlarının yuvasıdır.