Antarktidanı əhatə edən sular
Antarktika-cənub qütb sahəsi olub ,buraya Antarktida, ona yaxın adalar və okeanların təxminən 50-600 c.en dairələrinə qədər olan cənub hissələri aiddir. Antarktidanın sahil xətləri çox parçalanıb.
Sahəsi 14 mln km2 olan bu materik Sakit, Atlantik və Hind okeanları ilə əhatə olunur. Dreyk boğazı onu ən yaxında yerləşən (1120 km) Cənubi Amerikadan ayırır. Qütb dairəsi daxilində yerləşməsi qalın buz örtüyünün yaranmasına səbəb olur. Dünya şirin su ehtiyatının 80%-i buradadır.
Sahil xətləri nisbətən az girintili-çıxıntılıdır. Antarktida yarımadası And dağlarının cənuba davamını təşkil edir. Materikin ətrafında Uedel, Bellinshauzen, Amundsen, Ross dənizləri yerləşir.
Materikdən gələn aysberqlərin əriməsi və buxarlanmasının zəif olması nəticəsində Antraktida sahillərində okean sularının duzluluğu nisbətən azdır.
Antarktikada yerləşən Ueddell dənizi dünyanın ən təmiz dənizi hesab edilir. Burada su o qədər şəffadır ki, 80 metr dərinliyindəki əşyaları görmək olar.
Antarktidanın əl dəyməmiş buz altı göllərində bütünü Yer kürəsindən fərqli şəkildə təkamülə uğramış canlı həyat mövcuddur.
Bu qitədə 140 buz altı göl aşkarlanıb. Gölün üzəri 4 km. qalınlığında buzla örtülüdür. Gölün özü isə altındakı geotermal mənbələr sayəsində donmur. Gölün dibində suyun temperaturu 10 dərəcə təşkil edir. Məhz bu temperatur milyon illər ərzində müxtəlif kiçik canlılara təkamül etməyə imkan verib.