Nəhəng küknar ağacları
Yeni illə əlaqədar dünyanın əksər ölkələrində "Yeni il" in atributu sayılan"Küknar agacları" quraşdırılır.
Tarixin ən yüksək küknar ağacı, 2014-cü ildə Dortmundda (Almaniya) Milad bazarında qurulan 45 metrlik küknar ağacıdır. Bu küknar ağacı kiçik Milad ağaclarının birləşdirilməsindən düzəldilmiş və 40 ton ağırlığında idi. Bayram ağacı üçün Qərbi Almaniyanın dağlıq bölgəsi olan Zauerlandda 1.700 ağac əkilmişdir. Milad ağacı 48 min rəngli lampa və parlaq çələnglər ilə bəzədilmişdir. Üstündə quraşdırılmış dörd metrlik mələyin is' 90 kq-dan çox çəkisi var idi.
Avropanın ən böyük ikinci Milad ağacı Belarus Respublikasının (43 metr) Milli parkı "Belovejskaya Puşşa" da bitən küknar ağacıdır. Yaşı 150 ildən çoxdur. Küknarın yaxınlığında Santa Klausun evi tikilmişdir və 25 dekabr 2003-cü ildə açılışı olmuşdur. Yeni il bayramı və Santa Klausla görüş zamanı qonaqlar tək Belarusiyadan deyil, həmçinin dünyanın digər ölkələrindən də gəlirdi. Yeni il ərəfəsində, Milad ağacına baxmaq üçün parka gündə 5 minə qədər turist ziyarət edirdi.
Rusiyada ən yüksək sayılan Milad ağacı sıralamada üçüncü yeri alır. Hündürlüyü 33 metr, yaşı isə 110 ildən çoxdur. 2009-cu ildə Kreml Meydanında (Moskva) quraşdırılmışdır.
2007-ci ildə dünyanın ən böyük üzən küknar ağacı Rio de Janeyronun Laqoa Rodriqo de Fretas gölündə quraşdırılmışdır. Bayram ağacının hündürlüyü 85 metr idi, iki milyondan artıq bəzəkli işıqlarla bəzədilmişdir.
29.12.2018